...

Vüqar Mirheydərov: Pandemiya dövründə ziyan çəkməyən sahələrə də güzəştlərin tətbiqi sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir

İqtisadiyyat Materials 30 Aprel 2020 14:26 (UTC +04:00)
Vüqar Mirheydərov: Pandemiya dövründə ziyan çəkməyən sahələrə də güzəştlərin tətbiqi sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir

Bakı. Samir Əli - Trend:

Pandemiya dövründə ziyan çəkməyən sahibkarlara da güzəştlərin tətbiq edilməsi, ölkədə sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Mirheydərov deyib.

Onun sözlərinə görə, sahibkarlara dövlət dəstəyi proqramında təqdim edilən güzəştlər üç əsas qrup vergi ödəyicilərinə verilir:

"Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə edilən güzəştlər, mikro-biznes sahibkar qrupuna (pandemiyadan zərər çəkmiş sahələrdə çalışmaqdan asılı olmayaraq) edilən güzəştlər və bütün vergi ödəyicilərinə edilən güzəştlər.

Mikro-biznes qrupuna edilən güzəştlər sırasında sadələşdirilmiş vergi dərəcəsinin 2%-dən 1%-ə endirilməsini, sadələşdirilmiş vergi və mənfəət (gəlir) vergisi ödəyicilərinə hesabatların təqdim olunması və həmin hesabatlarla bağlı vergi öhdəliklərinin ödənilməsinə 2020-ci ilin sentyabrın 1-i tarixinə kimi möhlətin verilməsini, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin karantin dövrü üçün etdiyi ödənişi növbəti hesabat dövrlərinə aid edilməsini və həmin qəbz əsasında işləməsini göstərmək olar".

Bütün vergi ödəyicilərinə edilən güzəştlərə gəldikdə isə ekspert deyib ki, pandemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılmasına icazə verililir:

"Nəhayət, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növləri ƏDV-dən müddətli azad edilir. “Sosial sığorta haqqında Qanuna” edilən dəyişiklikləri nəzərdən keçirərkən sosial sığorta haqlarının ticarət və tikinti sektorunda fəaliyyət göstərən fərdi sahibkarlar üzrə minimal əmək haqqının 50%-dən 25%-ə, digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar üçün isə 25%-dən 15%-ə kimi endirilməsi, sabit qəbz və fərqlənmə nişanı ilə çalışanlar üçün sosial sığorta haqqının məbləğinin azaldılması və həmin şəxslərin hesabat vermək öhdəliyi ləğv edilərək sabit qəbz almaqla sosial sığorta ödənişlərini həyata keçirmələri təklif edilib. Kənd təsərrüfatında çalışan fərdi sahibkarların istifadəsində olan kənd təsərrüfatı məqsədləri üçün yararlı torpağın sahəsinə uyğun olaraq sosial sığorta haqlarının differensialaşdırılması tədbiq olunur. Nəhayət sərbəst vəkil, auditor və mühasiblərin sosial sığorta haqları 20%-dən 10%-ə endirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti