...

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitdən yalnız müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunacaq

İqtisadiyyat Materials 5 May 2020 17:40 (UTC +04:00)
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitdən yalnız müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunacaq

Bakı. Samir Əli - Tend:

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitdən yalnız müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov vurğulayıb ki, fondun vəsaitlərinin xərclənməsi istiqamətləri və qaydaları Prezident İlham Əliyevin bununla bağlı müvafiq sərəncamında nəzərdə tutulub:

"Həmin qaydalardan kənar heç bir istiqamətdə bu vəsaitdən istifadə edilə bilməz. Vəsaitlərdən yalnız müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunacaq".

O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı Koronavirusla Mübarizəyə Dəstək Fondunda vəsait nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti