...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 20 May 2020 11:13 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 32,7 dollar/barel olub
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 19-da 34,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 34,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 33,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 32,7 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti