...

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev taxılçılıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub (FOTO)

İqtisadiyyat Materials 13 İyun 2020 18:49 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev taxılçılıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev taxılçılıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

Trend-in məlumatına görə, son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edən amillərdəndir. Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq innovativ texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv metodların tətbiqi nəticəsində ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib.

Xaçmaz rayonunun malik olduğu aqrar potensial bölgədə qida emalı müəssisələrinin yaradılmasını, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti