...

Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər

İqtisadiyyat Materials 17 İyun 2020 13:08 (UTC +04:00)
Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər

Bakı. Elnur Bağışov - Trend:

Səhiyyə protokollarına tam riayət edilməklə yaxın gələcəkdə Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının 14-cü iclasının Tehranda keçiriləcəyinə ümid edilir.

İranın Bakıdakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri, İran və Azərbaycan Dövlətlərarası Müştərək Komissiyasının iranlı həmsədri Fərhad Dejpəsənd Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib.

F.Dejpəsənd bununla əlaqədar Azərbaycanın baş nazirinin müavinini İrana səfərə dəvət edib.

Onun sözlərinə görə, iki ölkənin birgə əməkdaşlığı və köməyi nəticəsində iqtisadi münasibətlər inkişaf edəcək.

Telefon söhbətində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev də ikitərəfli münasibətlərin inkişafından məmnun qaldığını bildirib.

Ş.Mustafayev əlavə edib ki, koronavirus xəstəliyi ilə mübarizə, bu xəstəliyin yayılmasının Azərbaycanın iqtisadi sektorlarına mənfi təsirlərini minimuma endirmək üçün Azərbaycan dövləti hərtərəfli proqramlar hazırlayaraq iqtisadiyyat və digər sektorlara dəstək üçün çoxlu addımlar atıb.

Telefon söhbətində Şimal-Cənub Dəhlizində Azərbaycan və İranın birgə layihələrinin son vəziyyəti, həmçinin iki ölkənin sərhədi yaxınlığında İranın Biləsuvar rayonunda birgə sənaye parkının yaradılması haqda danışıqlar aparılıb.

Qeyd edək ki, ötən il İranın Ərdəbil vilayətinin Biləsuvar rayonunda İran və Azərbaycanın birgə sənaye parkının yaradılması üzrə ilkin razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti