...

Azərbaycanda pandemiya dövründə kənd təsərrüfatı məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 23 İyun 2020 10:32 (UTC +04:00)
2020-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2165,1 milyon manat təşkil etmişdir ki, onun da 1721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Azərbaycanda pandemiya dövründə kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2165,1 milyon manat təşkil edib ki, onun da 1721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.

Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyun ayının 1-nə kimi tarlalardan 57,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 63,1 faiz az taxıl, 196,1 min ton (13,7 faiz çox) kartof, 287,4 min ton (16,2 faiz çox) tərəvəz, 20,7 min ton (24,7 faiz çox) meyvə və giləmeyvə, 392,0 ton (22,0 faiz çox) yaşıl çay yarpağı yığılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti