...

Dünya iqtisadiyyatı pandemiya ilə bağlı yeni çağırışlarla üzləşdi - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 30 İyun 2020 10:46 (UTC +04:00)
Dünya iqtisadiyyatı pandemiya ilə bağlı yeni çağırışlarla üzləşdi - Mikayıl Cabbarov

Bakı. Samir Əli - Trend:

"Dünya iqtisadiyyatı 2020-ci ilin birinci rübünün sonundan pandemiya ilə bağlı yeni çağırışlarla üzləşdi".

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu çağırışlar fonunda ölkə iqtisadiyyatı çətinliklərə üzləşsə də dayanıqlığını nümayiş etdirib:

"İqtisadiyyatımızın əsas oyunçularına mənfi təsir minimum səviyyədədir. Ölkədə biznes mühiti son illər yaxşılaşdırılır, biznes mühitə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balanslaşdırılma baş verməsinə inanırıq. Sahibkarların fəaliyyətinin təşviq edilməsi davam etdiriləcək. Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss edirik. İnvestisiya layihələrinə maraq qalıb, düşünürəm ki, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərəfindən layihələrin həyata keçirilməsini müşahidə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti