...

"AHK Azərbaycan"ın ilk onlayn AHK impuls tədbiri turizm sahəsinə həsr olunub

İqtisadiyyat Materials 10 İyul 2020 12:42 (UTC +04:00)
"AHK Azərbaycan"ın ilk onlayn AHK impuls tədbiri turizm sahəsinə həsr olunub

Bakı. Trend:

8 iyul 2020-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətlər üçün ilk onlayn AHK İmpuls tədbirini təşkil edib.

Görüş koronavirus pandemiyasının Azərbaycanda turizm sənayesinə orta və uzunmüddətli təsirinə həsr olunub. AHK İdarə Heyətinin Sədri cənab Fərid İsayevin salamlama nitqindən sonra Turizm Bürosunun İdarə Heyətinin sədri cənab Florian Zenqstşmid “Pandemiya dövründə Azərbaycanın Turizm Sənayesi” adlı məruzə ilə çıxış edib.

Görüş zamanı cənab Zenqstşmid turizm sənayesinin pandemiya dövründə vəziyyəti, ölkədə turizmin 4 mərhələli bərpa planı və sənaye nümayəndələrinə verilən dəstək mexanizmləri haqqında məlumat verib. Həmçinin, o, Turizm Bürosu tərəfindən təşkil olunan yeni təşəbbüsləri, "SAHMAN" ("Sanitariya və Gigiyena Metodları və Normaları") proqramı və "Macəra yaxındadır" daxili turizm kampaniyası, haqqında ətraflı danışıb.
Turizm sektoru daxilində standartların yenidən qiymətləndirilməsinin və artırılmasının vacibliyini vurğulayan cənab Zenqstşmid, “SAHMAN” proqramının Azərbaycanda bütün tərəfdaşları cəmiyyətin sağlamlığının qorunması və sənayenin bərpası baxımından daha yaxşı təcrübələr tətbiq etməyə çağırdıqlarını vurğulayıb. Bundan əlavə, qeyd olunub ki, “Macəra yaxındadır” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.

Bundan sonra, “Hyatt Regency Baku” hotelinin baş meneceri Volter Qaq və “Deutsche Lufthansa AG” şirkətinin satış üzrə baş meneceri Rene Koinzak müvafiq olaraq qonaqpərvərlik və nəqliyyat sektorundakı COVİD-19-un iqtisadi fəsadları, mövcud olan çətinliklər və pandemiyadan sonrakı bərpa dövrü haqqında dəyərli fikirlərini təqdim ediblər.

Tədbir üzv şirkətlərin sorğularına dair olan Sual-Cavab sessiyası ilə yekunlaşıb. Qeyd edək ki, AHK Azərbaycan bu çətin dövrdə bənzər iclaslar və onlayn tədbirlər təşkil etməklə üzvlərini lazımi məlumatlarla dəstəkləməyə davam edəcəkdir. Əlaqələndirici şəxs:

Aidə Əliyeva
E-mail: [email protected]
Tel: +99412 4976306/07
AHK Aserbaidschan ♦ Winter Park Plaza, 7. Stock ♦ Rasul Rza Str. 75 ♦ AZ 1014 Baku ♦ Aserbaidschan

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılmışdır. 140-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir. Əlaqələndirici şəxs:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti