...

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat Materials 5 Avqust 2020 13:18 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 4-də 45,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti