BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb

BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb

Bakı. Trend:

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin, xüsusi ilə həyati vacib sahədə çalışanların zəruri ictimai nəqliyyat xidmətləri ilə təmin olunmasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə çevik və analitik təhlilə əsaslanan tədbirlər həyata keçirməkdədir.

Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əksepidemik tədbirlərin dövrülüyü artırılıb. İstismarda olan bütün avtobuslar (1600-1800) və 3000-dən çox taksi minik avtomobili gündəlik dezinfeksiya olunur. 2000-dək avtobusda antiseptik məhlul yerləşdirilib. 1425 avtobus və 3000-dən çox taksi minik avtomobilində şəffaf arakəsmə quraşdırılıb. Dezinfeksiya tədbirləri istifadədə olan parkinq əraziləri, nəqliyyat mübadilə mərkəzləri və avtobus dayanacaqlarında da icra olunur.

Sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün də müvafiq tədbirlər görülüb. Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir.

Gündəlik sərnişindaşımalarla yanaşı TƏBİB-in müraciəti əsasında tibbi personalın və digər şəxslərin karantin zonaları və xəstəxanalara daşınması üçün regionlar üzrə 473, Bakı şəhəri üzrə isə 372 avtobus cəlb olunub.

Metronun fəaliyyətinin məhdudlaşdırılması, daha sonra isə dayandırılması ilə sərnişindaşımaları yalnız avtobuslar vasitəsi ilə həyata keçirilir. Adi rejimdə gündəlik metro istifadəçisi olan yarım milyona yaxın sərnişinin tələbatını qarşılamaq üçün 24 mart tarixindən 7 ekspres avtobus xətti istifadəyə verilib. Ümumilikdə 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart - 6 avqust tarixlərində 7 ekspres xətt üzrə ümumilikdə 2.795.613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137.292.769 olub.

Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır.

Əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspres xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36000 - 40000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək.

Qeyd olunanlarla yanaşı artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi ilə yollarda hərəkətin tənzimlənməsi üçün də zəruri addımlar atılır. Bu çərçivədə nəqliyyat yükü çox olan 130 küçə və prospektdə svetoforlara verilən yaşıl dalğa əmrinin tətbiqi artırılıb. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib. Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub.

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə pilləli iş saatının tətbiqinə başlanılıb. Məqsəd pik saatlarda avtobuslarda sərnişinlərin sayını azaltmağa nail olmaqdır. Bu sistem eyni zamanda yollarda nəqliyyat axınının da azalmasına imkan verir. Aparılan təhlillər əssında pilləli iş saatlarının tətbiqindən əvvəl və sonra müvafiq vaxt aralığında müntəzəm və ekspres marşrutlar ilə edilən səfərlərin orta sayında cəmi 2.8% fərq olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, pilləli iş saatına tam riayət olunmur və bu səbəbdən istənilən nəticəni əldə etmək mümkün olmayıb.

Məlumat üçün bildiririk ki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Eyni zamanda son günlər yollarda qəza hallarının artması da müşahidə olunur. Təkcə 7 avqust tarixində Z.Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır.

Məhz bu cür xoşəgəlməz hallarla rastlaşmamaq üçün sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd edirik. Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub.

Son olaraq bütün hərəkət iştirakçılarından bir-birinə qarşı anlayışlı olmalarını, yol hərəkəti və karantin qaydalarına əməl etmələrini xahiş edirik. Sərnişinlərə zərurət olmadığı halda səhər və axşam pik saatlarında avtobuslardan istifadə etməməyi tövsiyə edirik. Fərdi avtomobil sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyəri vətəndaşlarımız və sərnişinlərimizdir.

Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır
Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır
“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb
Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ
Müdafiə Nazirliyi: Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb
Prezident İlham Əliyev: Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin
Azərbaycan Prezidenti: Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur
Prezident İlham Əliyev: Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür
Prezident İlham Əliyev: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib
Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib
Ceyhun Bayramovun Latviyalı həmkarı ilə Qarabağı müzakirə edib
Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb (YENİLƏNİB)
Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub
Kamran Əliyev Rusiya bas prokuroruna müraciət edib
Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub
Bosniya və Herseqovina Ermənistanın hücumlarını pislədi
ANAMA cəbhəboyu ərazilərdə təmizlənmə əməliyyatları aparır (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin
Politoloq: Ali Baş Komandan və xalq birliyinin qarşısında bütün qüvvələr acizdir
Emil Əfrasiyab beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb
İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov
Sədaqət Vəliyeva: Minlərlə könüllünün orduya yazılması Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir
Prezident İlham Əliyev: Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib
Ərəb analitik: Biz ürəyimizlə, ruhumuzla Azərbaycanı dəstəkləyirik
Mədəniyyət Nazirliyinin AYB ilə birgə təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
AQTA yanında İctimai Şuranın seçki komissiyasının iclası keçirilib
Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir
Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir
Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir
Türkiyə Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 ilə vurulduğu barədə İrəvanın məlumatını təkzib edib
Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib (FOTO)
Vaqif Dərgahlı: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı ilə vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır
Ekspert: Ermənistanın Qarabağda istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur
Bundestaqın üzvü: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir
Hüquqşünas: Ninoçminda və Axalkalakidəki ermənilərin Qarabağa savaşmaq üçün qeydiyyata alınması cinayət əməlidir
Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı
Bakıda mənzildə meyit tapılıb
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə Ermənistanın dezinformasiya siyasətindən danışıb
Azərbaycan səfiri: Ermənistan rəhbərliyi danışıqlar prosesi ilə bağlı absurd bəyanatlar verir
Sekuta: Dağlıq Qarabağın və ətraf ərazilərin işğalı Avropada sülh və təhlükəsizliyi sarsıdır
Koronavirusun qarşısının alınması məqsədi ilə paytaxt polisi növbəti tədbir keçirib (FOTO)
Gürcüstandakı səfirlik: Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır
“Atəşgah” Sığorta Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 AZN vəsait ayırıb
Deputat: Ordumuzun qarşısında aciz qalan ermənilər mülki əhalini atəşə tutur
Belçikalı deputat: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir
Sentyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Qazaxda top mərmisi tapılıb (FOTO)
Trend BİA-nın baş redaktoru ərəb telekanallarına Dağlıq Qarabağdakı vəziyyəti şərh edib (FOTO/VİDEO)
"ASAN Məktub" - Vətən sərhəddən başlayır (FOTO)
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
Gürcüstan parlamentinin keçmiş deputatı Cavaxetiyadan Ermənistana aparılan yardımları pislədi
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Gürcü ekspert: Erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər
Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb (FOTO)
Konsul: Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması hərbi əməliyyatlara gətirib çıxarıb
Politoloq: Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur
Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir (VİDEO)
İordaniya Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir
9 illik təhsil bazasından kolleclərə əlavə yerləşdirmə üçün ixtisas seçiminə başlanılıb
Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Dağlıq Qarabağla bağlı müzakirələr aparıb
Pakistan vətəndaşı Prezidentə yazır: Başladığınız haqq işində bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür
Volodin: Dövlət Duması Qarabağda vəziyyətin tənzimlənməsinə töhfə verməlidir
Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib
Baş Prokurorluq erməni təxribatı nəticəsində hazırkı vaxtadək dəymiş zərəri açıqladı
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Dağlıq Qarabağla bağlı bəyanat yayıb
YT Parkın direktoru: Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır
Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)
Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədrinə təşəkkür məktubu ünvanlayıb
YAP Ermənistanın yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb
Bakıda əyani formada dərslərə davamiyyət 85-90 faiz olub
FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçdi
ABŞ Dövlət katibi Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı
Türkiyə BMM-in Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
Sahibə Qafarova ilə ATƏT PA Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti müzakirə edib
Rezidenturaya qəbul üçün keçid balları açıqlanıb
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir
Deputat: Ermənistan yenə də riyakarlıq göstərərək Azərbaycanın mülki əhalisini hədəfə alır
Vaqif Dərgahlı: Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək
Prezidentə yazırlar: Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, ordumuzun yanındadır
Azərbaycanı danışıqlara dəvət edən qurumlar bilməlidir ki, Azərbaycan işğalçı deyil - Deputat
Türkiyə Prezidentinin baş müşaviri: Türkiyə Azərbaycanın ədalətli mübarizəsində hər zaman onun yanındadır
Zeynalabdin Tağıyevin nəticəsi Alban Klouddan Azərbaycana maraqlı dəstək gəlib
İranda 207 nəfər koronavirusdan ölüb
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın hərbi-siyasi cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
AQTA pandemiya şəraitində fəaliyyət göstərən təhsil müəssisələrində hansı qaydalara əməl olunmasının vacibliyini açıqlayıb
İran hökumətinin sözçüsü: Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın səfiri ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini arasında görüş olub (FOTO)
bp Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün sənədin müzakirəsini təxirə salıb
Dövlət Duması Qarabağda sülh yolu ilə tənzimlənməyə kömək göstərməyə hazır olduğunu bildirib
Sahibə Qafarova TRT Haber kanalına Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Vaqif Dərgahlı: Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub
Mövlud Çavuşoğlu: Dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır
Bütün xəbərlər