...

Banklarla bağlı 100 minə yaxın icra işi geri götürülüb

İqtisadiyyat Materials 4 Sentyabr 2020 11:53 (UTC +04:00)
Banklarla bağlı 100 minə yaxın icra işi geri götürülüb

Bakı. Samir Əli - Trend:

Bu ilin 6 ayı ərzində icraya yönəldilən məhkəmə qərarlarının çoxu banklardakı kredit borcları ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Baş idarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov deyib.

Onun sözlərinə görə, həmin işlərdən bəziləri banklar tərəfindən geri götürülüb: "Bu ilin 6 ayı ərzində icrada olan 700 mindən çox işin yarısı problemli kreditlərlə bağlı olub. Ölkə başçısının problemli kreditlər barədə göstərişindən sonra banklarla bağlı 100 minə yaxın iş geri götürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti