...

Samsung-dan Galaxy Watch 3 - adi saatdan daha üstün cihaz (FOTO)

İqtisadiyyat Materials 16 Sentyabr 2020 14:11 (UTC +04:00)
Samsung-dan Galaxy Watch 3 - adi saatdan daha üstün cihaz (FOTO)

Bakı. Trend:

Bir müddət öncə Samsung, Galaxy Watch 3 adlanan ağıllı saatı təqdim etdib. Saat müasir dizaynda, maraqlı rənglərlə və təbii dəridən hazırlanmış zərif kəmər ilə hazırlanıb. Watch 3 əvvəlki modeldən 15% daha yüngül və incədir, 360x360 icazəli geniş SuperAMOLED ekranda isə tələb olunan məlumatları görmək indi daha asandır. Saat iki çeşiddə təqdim olunur: 41 mm və 45 mm. Beləliklə, birinci variant 1,2”, ikincisi isə 1,4” ekrana sahibdir. Burada parlaqlıq avtomatik olaraq tənzimləndiyindən, günəş şüalarının altında belə bütün məlumatlar mükəmməl oxunur. Həmçinin burada AlwaysOn Display funksiyası dəstəkləndiyindən ekran daimi olaraq işləyə bilir. Saatın yuvarlaq formalı korpusu paslanmayan poladdan hazırlanıb, əlavə olaraq isə titan materialdan tərtib edilmiş model də mövcuddur. Əlavə olaraq saat üzərində cihazı idarə edib, tətbiqlər arasında keçid etməyə və parametrləri tənzimləməyə imkan yaradan ənənəvi fırlanan bezel quraşdırılmışdır.

Saat Exynos 9110 prosessoru ilə yanaşı 1 GB RAM və 8 GB daxili yaddaşla da təchiz edilmişdir. Həmçinin burada batareya tutumu “böyük” və “kiçik” modellər üçün müvafiq olaraq 340 və 247 mAh təşkil edir, əlavə olaraq hər iki versiya simsiz yükləməni də dəstəkləyir. Galaxy Watch 3 təkcə ağıllı deyil, həm də idman saatı kimi səciyyələndirildiyindən belə cihaz üçün lazım olan bir sıra neçə sensora sahibdir. Belə ki, saatın arxa panelində, şüşə arxasında gizlənmiş, 8 LED-li ürək döyüntüsünü ölçən sensor yerləşdirilmişdir. Həmçinin saat qan təzyiqini və qanda oksigen səviyyəsini ölçə bilir, əlavə olaraq isə EKQ göstəricilərini qeydə alır. Bundan əlavə, saat xüsusi “yıxılmağa nəzarət” funksiyası ilə təchiz edilib. Belə ki, istifadəçi yıxılaraq bir dəqiqə ərzində heç bir hərəkət icra etmirsə, cihaz hadisənin baş verdiyi yer haqqında məlumatı və qısa ( 5 saniyəlik) səs yazısını təcili yardım xidmətinə SMS və zəng şəklində təqdim edəcək.

Həmçinin, Watch 3 köməyi ilə siz yuxunuzun keyfiyyəti haqqında daha çox məlumat əldə edə biləcəksiniz. Belə ki, “ağıllı” saat yuxu rejiminizi izləyərək, onu fazalara bölür və bütün məlumatları qeydə alaraq, jurnala daxil edir.

Yuxarıda qeyd edilənlərdən əlavə, Galaxy Watch 3 biləyinizdə yerləşən şəxsi məşqçinizdir. Beləliklə, saatda yer almış 120 evdə məşq proqramı, sizə əla fiziki formada qalmağa kömək edəcək. Həmçinin, bütün məşqlərin, fəaliyyət göstəricilərinin və real zaman çərçivəsində təqdim olunan tövsiyələrin əks etdirilməsi sayəsində daha burada yüksək effektivlik ilə məşq etməyinizə imkan yaradılır. Cihazın əsas üstünlüyü ondan ibarətdir ki, burada quraşdırılmış daxili yaddaş sayəsində telefonunuz olmadan belə idman edə bilirsiniz.

Günümüzdə saatların həm də dəbli aksessuar rolunu oynaydığını nəzərə alaraq, mühəndislər yeni Watch 3 həm də zahiri görünüşünə xüsusi diqqət ayırıblar. İndi siz Galaxy Watch 3 quraşdırılmış çox sayılı siferblatlar arasından geyim üslubunuza, əhval-ruhiyyənizə və s. uyğun olan tərzi seçə bilərsiniz. Siferblatı isə öz tələblərinizə uyğun olaraq tənzimləyib, tez-tez istifadə olunan vidjetlər və aktual informasiyadan ibarət individual element kombinasiyası yarada bilərsiniz.

Galaxy Watch 3-ün sizlər üçün bir sürprizi daha var - Bitmoji stikerləri. Belə ki, öz Bitmoji-lərinizi yaradaraq yaxınlarınızla daha canlı ünsiyyət qura bilərsiniz.

Galaxy Watch 3 saatları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti