Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 39,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 38,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.