...

Bütün ticarət obyektləri, kafe və restoranlar bağlanır

İqtisadiyyat Materials 8 Dekabr 2020 14:36 (UTC +04:00)
Bütün ticarət obyektləri, kafe və restoranlar bağlanır

Bakı. Trend:

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qararına əsasən bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti