Bakı. Trend:
Hosting - Hostimul şirkətinin elan etdiyi “Təcrübə proqramı - 2020” uğurla başa çatıb. Front-end developer, Back-end developer, Uİ/UX dizayner, Qrafik dizayner, Video montajçı, SEO menecer və SMM menecer vakansiyaları üzrə seçilmiş 8 gəncə proqramı uğurla tamamladıqları üçün sertifikatlar təqdim olunub. Bu proqram çərçivəsində gənclər 3 ay ərzində şirkətdə işləmək və seçdikləri sahə üzrə təcrübə və praktiki biliklər qazanmaq şansı əldə ediblər.
Qeyd edək ki, “Təcrübə proqramı - 2020” layihəsində iştirak edən, öz bacarıqları ilə fərqlənən 2 iştirakçı şirkətdə işlə təmin olunub. Beləliklə, bu proqram təcrübə əldə etməklə yanaşı gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Hostimul şirkəti Azərbaycanda hosting satışı, server icarəsi və daha bir çox veb xidməti ilə tanınır və ölkənin qabaqcıl şirkətləri arasında yer alır.
Korporativ sosial məsuliyyət anlayışını iş prinsiplərinin önündə tutan Hostimul şirkəti daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində, əmək bazarında öz yerlərini tapmaqda yardımçı olur. Əgər yeni biznesiniz üçün və ya şəxsi istifadə üçün bir veb sayt yaratmaq barəsində düşünürsünüzsə, bu zaman hosting, domen və s. xidmətlərə ehtiyacınız olacaqdır və bunun üçün ən doğru ünvan Hostimul.com saytıdır.