...

Bu şəhər və rayonlarda 9 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Materials 23 Dekabr 2020 15:02 (UTC +04:00)
Bu şəhər və rayonlarda 9 dövlət əmlakı özəlləşdirilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 dekabr tarixində təşkil olunmuş növbəti hərracda 9 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə Trend-ə nazirlikdən bildiriblər. Bunlardan 4-ü kiçik dövlət müəssisəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri, Masallı və Yevlax rayonlarında yerləşir.

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti