...

Polietilen torbaların istehsalında tələblərə riayət olunmur - Nazirlik

İqtisadiyyat Materials 7 Yanvar 2021 10:47 (UTC +04:00)
Polietilen torbaların istehsalında tələblərə riayət olunmur - Nazirlik

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin monitorinqlərin nəticələrinə görə bir çox polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev deyib.

Bir çox istehsalçıların polietilen torbaları icazəsiz istehsal edərək satdığını deyən A.Əliyev qeyd edib ki, bu məsələlərə xüsusi diqqət edilməli, istehsalçılar məsələyə daha diqqətli yanaşmalıdır:

"Onlar polietilen torbaların istehsalı zamanı bu sahədə mövcud standartlara əməl etməlidirlər. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır. Bundan başqa məhsulun markalanması da düzgün getməlidir. Bu istiqamətdə istehsalçılarla iş aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti