...

Assosiasiyalar arasında memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 15 Fevral 2021 13:05 (UTC +04:00)
Assosiasiyalar arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend xəbər verir ki, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında 15 fevral tarixində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoronduma əsasən, tərəflər turizm sahəsində sahibkarlıq istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin hazırlanması, turizm və turizm blogerliyi araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Razılaşmaya əsasən tərəflər müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkil edilməsində, müxtəlif kampaniyalarının aparılmasında, layihələrin icra olunmasında birgə fəaliyyət göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti