...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 25 Fevral 2021 10:39 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti