...

Süveyş kanalındakı insident Azərbaycanın beynəlxalq sulardakı gəmilərinə təsir etməyib

İqtisadiyyat Materials 29 Mart 2021 17:19 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Süveyş kanalında gəmilərin hərəkətinin dayanması Azərbaycanın beynəlxalq sulardakı gəmilərinə təsir etməyib.

Bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, ASCO-ya məxsus gəmilərin marşrutu həmin kanaldan keçmir:

"Hazırda Qara dəniz və Aralıq dənizi hövzəsində ASCO-ya məxsus 11 gəmi Azərbaycan bayrağı altında üzür. Onlardan üçü tanker, səkkizi isə quru yük gəmisidir".

Qeyd edək ki, Tayvanın "Evergreen" şirkətinin "Ever Given" konteyner gəmisi martın 23-də saya oturmuşdu.

400 metr uzunluğunda, 224 min ton çəkisi olan gəminin saya oturması nəticəsində 300-dən çox gəmi Süveyş kanalında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti