...

Bu il Azərbaycanın ixracı 4 milyard dollardan çox olub

İqtisadiyyat Materials 29 Aprel 2021 10:15 (UTC +04:00)
Bu il Azərbaycanın ixracı 4 milyard dollardan çox olub

Bakı. Ceyhun ƏIəkbərov - Trend:

2021-ci ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard dollar, qeyri-neft sektoru üzrə 501,5 milyon ABŞ dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında qeyd olunub.

İcmalda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin birinci rübü ərzində Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon və ABŞ 18,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Twitter: @JeyhunAlakbar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti