...

Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb

İqtisadiyyat Materials 13 May 2021 04:21 (UTC +04:00)
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 15 faizdən çox düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 04:04 (GMT+4) üçün bitkoinin dəyəri 15,29 faiz ucuzlaşaraq 46,8 min dollar təşkil edib.

Qeyd edək ki, saat 03:51-də bitkonin qiyməti 51,1 min dollar səviyyəsində idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti