Bakı. Zeyni Cəfərov - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 28-də 69,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)