...

Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlirin həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 İyun 2021 14:24 (UTC +04:00)
Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlirin həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz azalaraq 2 milyard 401,3 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə1 milyard 798,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,9 faizini təşkil edib.

Cari ilin yanvar-aprel ay larında hər bir ölkə sakini orta hesabla 242,7 manatlıq vəya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə1,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti