...

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

İqtisadiyyat Materials 2 İyul 2021 13:26 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 1-də 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 77,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti