...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 7 İyul 2021 12:39 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 76,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 76,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti