...

"Coca-Cola"nın xalis mənfəəti 48% artıb

İqtisadiyyat Materials 21 İyul 2021 18:34 (UTC +04:00)
"Coca-Cola"nın xalis mənfəəti 48% artıb

Bakı. Trend:

Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan "Coca-Cola" şirkətinin 2021-ci ilin ikinci rübündə xalis mənfəəti 48 faiz artıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.

C.Kuinsi bildirib: "İkinci rüb üzrə nəticələr bizim biznesin bütövlükdə iqtisadiyyatdan daha sürətli bərpa olunduğunu göstərir".

"Coca-Cola"nın iyulun 2-si sona çatan rübdə xalis mənfəəti 2,641 milyard dollar təşkil edib. Ötən ilin anoloji dövründə xalis mənfəət 1,779 milyard dollar təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti