...

68 mindən çox şəxsə elektron qaydada sosial müavinət və təqaüd təyin olunub

İqtisadiyyat Materials 6 Avqust 2021 09:32 (UTC +04:00)
68 mindən çox şəxsə elektron qaydada sosial müavinət və təqaüd təyin olunub

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, onların 51,8 %-ni kişilər, 48,2 %-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub. Onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti