...

Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını 50 faizə yaxın artırıb

İqtisadiyyat Materials 3 Sentyabr 2021 11:49 (UTC +04:00)
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını 50 faizə yaxın artırıb

Bakı. Trend:

2021-ci ilin yanvar-avqust aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 49,8 faiz artaraq 1,857 milyard dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avqust ayında Türkiyə 284,722 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 60,5 faiz çoxdur.

Son 12 ay ərzində (avqust 2020 - avqust 2021) Türkiyə 2,896 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti