...

Fərdi uçot sistemində sığortaedənlərin sayı artıb

İqtisadiyyat Materials 23 Sentyabr 2021 09:18 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin avqust ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 11 485 vahid və ya 0,7% artaraq 1,7 milyon vahid təşkil edib.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 014, fiziki şəxslər üzrə 9 579, torpaq mülkiyyətçiləri üzrə isə 892 vahid artıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti