...

Daha 41 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 7 Oktyabr 2021 14:48 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il oktyabrın 6-da qida məhsulları sahəsində fəaliyyət göstərən 41 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti