Bakı. Çingiz Səfərli - Trend:
Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 mlrd. tondan artıq neft və 900 mlrd m3-dan artıq qaz hasil edilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik hesabatında qeyd olunub.
Məlumatda bildirilib ki, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən (1997-ci il) 01.01.2021-ci il tarixinə qədər 523,9 mln. ton neft və 176,7 mlrd. m3 qaz hasil olunub. Bu yataqlardan hasil edilmiş neftin 309,4 mln. tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verilib.
Bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanıb. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir. 01.01.2021-ci il tarixinə qədər respublikanın neft sənayesinə 95,1 mlrd. ABŞ dollarından artıq xarici sərmayə qoyulub.
Twitter: @cingizsafarli