Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra Dövlət Ehtiyatları Agentliyinin yaradılması və “Taxıl haqqında qanuna” dəyişikliyin edilməsi vacib əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu deputat Əli Məsimli parlamentin bu gün keirilən iclasında “Taxıl haqqında qanuna” dəyişikliyin müzakirəsi zaman deyib.
O qeyd edib ki, azad edilmiş ərazilərdə taxılçılığın inkişafına diqqət yetirilməlidir. Deputat bildirib ki, bu yolla Azərbaycanda taxıl istehsalı 4 milyon tona çatdırıla bilər və beləliklə Azərbaycan taxıl idxalından asılıllğı azalda bilər.
Ə.Məsimli bildirib ki, iğaldan azad edilmiş torpaqlar hesabına Taxıl Fonduna daha çox taxıl daxil edilə bilər. Deputat bu məsələ ilə bağlı dinləmələrin keçirilməsinin təklif edib.