...

Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib

İqtisadiyyat Materials 19 Oktyabr 2021 14:12 (UTC +04:00)
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib

Bakı. Çingiz Səfərli - Trend:

Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6.007 müraciət daxil olub.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

"Bunlardan 4.849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir. Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti