...

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

İqtisadiyyat Materials 26 Oktyabr 2021 10:43 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 88,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 87,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti