...

A-Qroup körpənin müalicəsi üçün 23 000 manat ödəyib

İqtisadiyyat Materials 3 Noyabr 2021 11:18 (UTC +04:00)
A-Qroup körpənin müalicəsi üçün 23 000 manat ödəyib

Bakı. Trend:

Körpənin doğulması həmişə həyəcanlıdır və evə xoşbəxtlik və sevinc gətirir. Ancaq bəzən bir sıra çətin sınaqlar buna mane olur.

A-Qroup Sığorta Şirkəti - аnadangəlmə ürək qüsuru diaqnozu qoyulmuş Sığortalı körpənin həyati əhəmiyyətli müalicə xərclərini ödəməyi öhdəsinə götürmüşdür.

Körpə Türkiyədə lazımı müalicə alıb. A-Qroup, bir neçə ay ərzində xaricdə keçirilmiş tibbi prossedurların ödənişlərini artıq həyata keçirib.

Təkcə bu günə olan ödəniş məbləği 23 000 AZN təşkil edir. A-Qroup mərhələli şəkildə, müvafiq müalicənin aparıldığını təsdiq edən sənədlər təqdim edilən kimi, ödənişi həyata keçirir.

Qarşıda hələ müalicənin növbəti ayları gözləyir. Biz ümid edir və inanırıq ki, hər şey müsbət sonluqla bitəcək!

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. “A-Qroup” sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti