...

Nazir ölkədə internetin vəziyyətindən danışdı

İqtisadiyyat Materials 4 Noyabr 2021 14:45 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bu gün ölkədə əsas problemlərdən biri internetin dayanıqlı və davamlı olmamasıdır.

Trend xəbər verir ki, bunu "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" adlı konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, bununla bağlı müxtəlif regionlardan şikayətlər daxil olur:

"Hazırda ölkəmizdə İT infrastrukturu iqtisadi potensialımızı tam şəkildə realizə etməyə imkan vermir. Bununla bağlı cənab Prezindetin tapşırığı var. 2024-cü ilin sonuna qədər respublikada genişzolaqlı internetlə təmin edilməmiş şəhər qalmayacaq".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti