...

“Dövlət borcunun idarəedilməsi strategiyası”na dəyişikliklərin edilməsi labüddür - Samir Şərifov

İqtisadiyyat Materials 11 Noyabr 2021 11:50 (UTC +04:00)
“Dövlət borcunun idarəedilməsi strategiyası”na dəyişikliklərin edilməsi labüddür - Samir Şərifov

Bakı. Elçin Mehdiyev – Trend:

Növbəti ildə də borclanma sahəsində məqsədyönlü siyasət aparılacaq. Onu da qeyd etməliyəm ki, vaxtaşırı “Dövlət borcunun idarəedilməsi strategiyası”na dəyişikliklərin edilməsi labüddür. Bununla bağlı dövlət başçısının müvafiq tapşırığı var.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zamanı deyib.

“Müvafiq strategiya layihəsi artıq hazırlanaraq təqdim olunub. Bu strategiyanın da cari ildə qəbul edilməsi gözlənilir”, - deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti