...

Azərbaycan ilk dəfə heyvan xəstəliklərindən azad zona statusu almaq üçün müraciət edəcək

İqtisadiyyat Materials 12 Noyabr 2021 14:36 (UTC +04:00)
Azərbaycan ilk dəfə heyvan xəstəliklərindən azad zona statusu almaq üçün müraciət edəcək

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan region ölkələri arasında ilk dəfə heyvan xəstəliklərindən azad zona statusu almaq üçün müraciət edəcək.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qabil Əbdüləliyev Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, dünyanın 183 ölkəsindən sadəcə 59-u bu statusa sahibdir.

"Təqdim edəcəyimiz sənədlərin hazırlanması üçün 10 ay vaxt verilib. Sənədlər hazır olduqdan sonra gələn ilin oktyabrında məsələyə baxılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti