...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 18 Noyabr 2021 11:06 (UTC +04:00)

Bakı. Xaqan İsayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 83,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti