...

Tikinti materialı bazarında qiymətlər necədir? - Ekspertdən AÇIQLAMA

İqtisadiyyat Materials 26 Noyabr 2021 16:03 (UTC +04:00)
Tikinti materialı bazarında qiymətlər necədir? - Ekspertdən AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend

Tikinti materialları bazarında ilin I rübündə başlayan qiymət artımı bir az səngiyib. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarında ilin əvvəlində çox kəskin qiymət artımları baş verdi.

"Bu proses tikinti materialları bazarında da artıq stabilləşməklə müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma müşahidə olunur. Bütövlükdə, ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 30-35% artım var. Qiymətlərin artmasının səbəbi istehlak qiymətlərinin artımı, eyni zamanda tələbatın artmasıdır" - deyə, ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti