...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 2 Dekabr 2021 10:25 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Xaqan İsayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 72,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti