...

Bakıda yerüstü piyada keçidinin tikintisi niyə ləğv olunub? - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Materials 17 Dekabr 2021 11:35 (UTC +04:00)
Bakıda yerüstü piyada keçidinin tikintisi niyə ləğv olunub? - RƏSMİ AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində tıxacın qarşısının alınması məqsədi ilə yeni yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulurdu. Lakin qərardan bir ildən çox keçməsinə baxmayaraq, hələ də ərazidə tikinti işləri nəzərə çarpmır.

Bununla bağlı sualı Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli cavablandırıb.

O bildirib ki, piyada keçidin tikintisi ilə bağlı məlumat ötən ilin fevralında ictimaiyyətə açıqlansa da, sonradan qərar ləğv edilib.

"Aidiyyəti qurumlarla tikinti layihəsi razılaşdırılmalı idi, lakin həmin ərazidə piyada keçidi məqbul sayılmadı. Bu səbəbdən həmin yerdə keçidin tikintisi ilə bağlı qərar ləğv olundu" - deyə qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti