...

PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4,5% proqnozlaşdırır

İqtisadiyyat Materials 27 Yanvar 2022 04:43 (UTC +04:00)
PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4,5% proqnozlaşdırır

Bakı. Trend:

Qlobal iqtisadiyyat 2021-ci ildə gözlənilən artım tempindən 5,9% yavaşlayaraq, 2022-ci ildə təxminən 4,5% artacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu PricewaterhouseCoopers (PwC) şirkətinin məlumatlarında əks olunub.

Alıcılıq qabiliyyəti pariteti üzrə qlobal ÜDM artımı 2021-ci ildə 6,2%, 2022-ci ildə 4,7% olacaq. 2023-cü ildə qlobal iqtisadiyyat 3,4% genişlənəcək.

Bu arada, PwC analitiklərinin proqnozlarına görə, bazarları və mərkəzi bankları narahat edən qlobal inflyasiya da keçən il 3,2%-ə, bu il isə 3,1%-ə enə bilər.

İlkin ssenari koronavirusun "omikron" ştammının iqtisadi təsirinin məhdud olacağı və peyvəndlərin ağır xəstəliklərə qarşı kifayət qədər qorunma təmin edəcəyi fərziyyəsinə əsaslanır. Əks halda, qlobal ÜDM artımı baza proqnozundan 0,5 faiz bəndi aşağı və tədarük zəncirlərinin pozulmasının qiymət təsiri səbəbindən inflyasiya daha yüksək ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti