...

Aİ və Dünya Bankı arasında Azərbaycana qrantla bağlı saziş imzalanacaq

İqtisadiyyat Materials 14 Fevral 2022 13:37 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Fevralın 16-da Bakıda Avropa İttifaqı və Dünya Bankı arasında qrant sazişi imzalanacaq.

Bu barədə Trend-ə Dünya Bankının Bakı ofisindən bildiriblər.

Mənbənin məlumatına əsasən, sənəd bir sıra istiqamətlər üzrə Azərbaycan hökumətinə texniki köməyin göstərilməsini nəzərdə tutur.

"Sənədi Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko imzalayacaq. Sazişin etibarlılıq müddəti üç il, məbləği 5,25 milyon dollar təşkil edir" - deyə Dünya Bankının Bakı ofisindən bildiriblər

Qeyd olunur ki, həmin sənəddə Aİ-nin Azərbaycandakı dörd prioritet fəaliyyət istiqaməti və Azərbaycanın beş milli prioriteti əks olunub.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti