...

Məlumatların bank kartının arxa hissəsində yerləşdirilməsi müasir tələblərə cavab verir - Unibank

İqtisadiyyat Materials 16 Fevral 2022 14:07 (UTC +04:00)
Məlumatların bank kartının arxa hissəsində yerləşdirilməsi müasir tələblərə cavab verir - Unibank

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bütün məlumatların, o cümlədən müdafiə kodunun (CVV) bank kartının arxa hissəsində yerləşdirilməsi müasir tələblərə və təhlükəsizlik texnologiyalarına cavab verir.

Bu barədə Trend-ə "Unibank"dan bildiriblər.

Qeyd olunub ki, "Unibank"ın "Leobank" kartlarında müdafiə kodu kartın nömrəsi, etibarlılıq müddəti və müştərinin fərdi məlumatları ilə birgə bankın arxa tərəfində əks olunub. Kartın üz tərəfində bankın loqotipindən başqa heç nə yer almır.

Eyni zamanda, bankdan bildiriblər ki, kart məlumatlarının bu cür yerləşdirilməsi beynəlxalq standartlara uyğundur və daha təhlükəsizdir.

"Unibank"dan həmçinin bildiriblər ki, digər ölkələrdə də bu cür praktika tətbiq olunur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti