...

Baş nazir Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 22 Fevral 2022 16:59 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Naizrlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edildi.

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti