...

"Visa" Rusiya ərazisində əməliyyatların dayandırılması üzərində işləyir

İqtisadiyyat Materials 6 Mart 2022 03:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın "Visa" şirkəti Rusiya ərazisində faəliyyətini dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin press-relizində deyilib.

"Bundan sonra "Visa" yaxın günlərdə bütün Visa əməliyyatlarını dayandırmaq üçün Rusiyadakı müştəriləri və tərəfdaşları ilə çalışacaq. Proses başa çatdıqdan sonra Rusiya Federasiyasında buraxılmış Visa kartları ilə keçirilən bütün əməliyyatlar artıq ölkə hüdudlarından kənarda işləməyəcək", - deyə açıqlamada qeyd olunub.

Şirkətin rəhbəri Alfred Kellinin sözlərinə görə, "Visa" Ukrayna ətrafında yaranan vəziyyət fonunda müvafiq tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti