...

Bakı-Gəncə qatarında gediş haqqı artırıldı

İqtisadiyyat Materials 18 Mart 2022 11:37 (UTC +04:00)
Bakı-Gəncə qatarında gediş haqqı artırıldı

Bakı. Trend:

19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. 19 martdan etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Qeyd edək ki, hazırda Bakı-Gəncə qatarında qidalanma xidməti göstərilmir.

Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.

"Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 10 manat, biznes yerlər üçün 25 manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti