...

Azərbaycanda ümumi daxili məhsul real ifadədə 6 faizdən çox artıb - Mərkəzi Bank

İqtisadiyyat Materials 18 Mart 2022 15:35 (UTC +04:00)
Azərbaycanda ümumi daxili məhsul real ifadədə 6 faizdən çox artıb - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 10,1 faiz artıb.

Azərbaycan Mərkəzi Bankından Trend-ə verilən məlumata görə, qeyri-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınıb.

"İqtisadi artım qeyri-neft sənayesində 19,8 faiz, kənd təsərrüfatında 3,1 faiz, tikintidə 6,5 faiz olub. Ümumilikdə, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım qeyri neft-qaz sektorunun ticari sahələrində 14 faiz, qeyri-ticari sahələrində isə 9,2 faiz təşkil edib", - məlumatda deyilir.

Həmçinin, qeyd olunur ki, məcmu tələbdə 2021-ci ildən başlanan genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsi 3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5 faiz artıb. İnvestisiyaların 2 ayda ümumi dəyişimi neqativ olsa da (2,1 faiz) qeyri-neft investisiyalarının artımı 12,1 faiz təşkil edib. İlin sonuna əsasən dövlət investisiyaları hesabına investisiya tələbinin tam bərpası gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti